AZ

Çin yardımını dayandırsa, Rusiya Ukrayna müharibəsi bitəcək? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Hətta nəhəng Çin Rusiyaya təzyiq edərək ondan neft almağı dayandırsa da, Moskva Ukraynadakı müharibəni dayandırmayacaq".

Bunu Qaynarinfo-ya siyasi şərhçi Mehman Əliyev Çinin Rusiyaya dəstəyi dayanacağı təqdirdə, ikincinin müharibə məsələsində hansı mövqe sərgiləyəcəyi ilə bağlı sualı şərh edərkən deyib.

"3 ildir Çin Rusiyaya dəstəyi və ondan neft almağı dayandırsa, müharibənin dayanacağından dəm vururlar. Amma Rusiya-Ukrayna müharibəsi dayanmır və hələ xeyli müddət dayanmayacaq. Çin bütün hallarda Rusiyaya yardımları dayandırmayacaq. Hətta bu baş versə belə, Rusiya müharibəni davam etdirəcək", deyə Mehman Əliyev bildirib.

Ekspert qeyd edib ki, Çin Moskvaya dəstəkdən imtina etsə belə, Rusiya daxili resurslara güvənməklə hələ xeyli müddət müharibə aparmaq gücündə olduğunu düşünür:

"Rusiya 3 il ərzində daxili resurslara güvənməyi prioritet kimi götürüb. Hesab edirəm ki, kifayət qədər uğurla da bu işi aparır. Rusiya İran kimi fəaliyyət göstərir. İranın rejimi yarandığı gündən sanksiyalar altında yaşasa da, hələ də mövcud olmaqda davam edir. Rusiya da məhz bu yolu tutub. Rusiyaya da bütün istiqamətlər üzrə sanksiyalar tətbiq olunub. Ona görə də Kreml daxili imkan və resurslarını prioritet tutaraq, yerli istehsalı inkişaf etdirməyə başlayıb. Bu da özünü xüsusən də mülki aviasiya, kosmos sahəsində göstərir. Ona görə hətta rəsmi Pekin kimi nəhəng Rusiyaya dəstəyi dayandırsa da, Moskva müharibəni dayandırmayacaq. Çünki belə bir vəziyyət Rusiya üçün əlverişlidir. Yəni müharibə əslində Rusiyaya daxili potensialını inkişaf etdirmək üçün imkanlar yaradıb".

Qeyd edək ki, Qərb dünyası Ukraynaya ilə müharibə edən Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Bu isə Rusiyanı ağır duruma salıb. Lakin buna baxmayaraq, Moskva başladığı müharibəni davam etdirir. İndilikdə bir sıra ölkələr, xüsusən də Çin, İran, Şimali Koreya Moskvaya müxtəlif istiqamətlərdə dəstək olurlar. Bu əsasda fikirlər səslənir ki, Çin Rusiyaya təzyiq etsə, ikinci daha ağır duruma düşərək, hərbi əməliyyatları dayandırıb, danışıqlara razılıq verə bilər.  

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
qaynarinfo.az

1Mənbələr