Şirvan şəhəri, Sahib Zenalov 2 ünvanında yerləşən binanın sakinləri təhlükə ilə üz-üzə qalıblar.
Pravda.az xəbər verir ki, sözügedən binanın zirzəmisində çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd olunur ki, təməl tamamilə istismara yararsız haldadır, bina bir daşa söykənmiş vəziyyətdədir.
Məsələ ilə bağlı Pravda.az Şirvan Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlasa da, heç bir mövqe bildirilməyib.
Aytəkin Qardaşova
Tarix: 24 Sentyabr 2025, 15:28