AZ

Yusif İmanov Kosovoda oynaya biləcək? Son qərar FİFA dadır

Idmanxeber.az saytına istinadən ain.az xəbər verir.

“Sabah”dan ayrılan Yusif İmanovun  karyerasını Kosovonun “Malişeva” komandasında davam etdirəcəyindən xəbərdarsınız. 22 yaşlı qolkiper komandası ilə birgə artıq məşqlərə başlayıb.

Azərbaycanlı qapıçının yeni komandasına forma geyinib-geyinməyəcəyi müzakirə mövzusudur. Çünki İmanov “Sabah”dan ayrılsa da, onun transfer hüquqları hələ də kluba məxsusdur. Kosovo təmsilçisi ilə Azərbaycan klubu ilə heç bir əlaqə qurmayıb.

Bu səbəbdən də qolkiperin yeni komandasındakı aqibəti sual altında idi.

Əldə etdiyimiz məlumata görə, məsələ hazırda FİFA tərəfindən araşdırılır. Ali futbol qurumu bütün məsələlərə baxandan sonra yekun qərarını verəcək. Proses təxminən 3-4, bəzən də 5-6 ay davam edir.

Bu müddətdə İmanovun yeni klubunda meydana çıxmasında heç bir problem yoxdur. FİFA qaydalarına görə, məsələ ilə bağlı yekun qərar verilməmiş futbolçuya hər hansı bir qadağa qoyula bilməz.

Ancaq qurum azərbaycanlı oyunçunun Kosovo klubuna keçməsinin qaydalara zidd olduğuna qərar versə, bu zaman Y.İmanov və “Malişeva”ya müəyyən sanksiyalar tətbiq edilə bilər.

Qeyd edək ki, “Malişeva” 10 komandanın yer aldığı Kosova Super Liqasında 5 turdan sonra 4 xalla 9-cu pillədədir. 

Həsən Quluzadə / İdmanxeber.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
idmanxeber.az

2Mənbələr