AZ

Serbiya Milli Assambleyasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədriAna Brnabiçin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-dəFəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqilAzərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsiniehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklərdüzüb.

Trend xəbərverir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın daməzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizinazadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmişqəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarlarıüzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklilqoyub.

Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlaraŞəhidlər xiyabanının tarixi və şəhərimizdə görülənabadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müaviniZiyafət Əsgərov digər rəsmi şəxslər müşayiət ediblər.

Serbiya
Serbiya
Serbiya
Serbiya
Serbiya
Serbiya
Serbiya
Serbiya
Serbiya
Serbiya
Seçilən
6
13
az.trend.az

10Mənbələr