III Bakı Beynəlxalq Forumuna 16 ölkə əyani, 3 ölkə onlayn olaraq qoşulub. Həmçinin 10 Beynəlxalq təşkilat Forumda təmsil olunur.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.
Komitə sədri qeyd edib ki, son illərdə qlobal, siyasi və sosial istiqamətdə baş vetən proseslər fonunda çevik qərarların qəbul edilməsi, etibarlı statistikanın təşkili bu gün üzərimizə yeni və daha mürəkkəb vəzifələr qoyur:
“Azərbaycan Statistika Komitəsi son illər ciddi tərəqqiyə can atıb və ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib”.