AZ

Nəsimi rayonunda “27 Sentyabr – Qələbəyə aparan yolun başlanğıcı ” adlı dəyirmi masa  keçirilib

Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə  27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibəti ilə “27 Sentyabr – Qələbəyə aparan yolun başlanğıcı ” adlı dəyirmi masa  keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Biriliyinin Nəsimi rayon şöbəsinin rəhbərləri, RİH Aparatının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Anım gününə həsr olunmuş sərgiyə baxış keçirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini  Zahid Xəlilov  tədbiri açaraq bildirdi  ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü, ən nüfuzlu dövlətinə çevrilib. Natiq çıxışına davam edərək qeyd etdi ki, 44 günlük müharibədə və sonrakı mərhələdə cənab İlham Əliyevin hərbi-siyasi liderliyi həlledici rol oynadı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist fəaliyyəti, əsgər və şəhid ailələrinə göstərdiyi qayğı dövlətin öz vətəndaşının yanında olduğunun parlaq sübutu idi.

Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirdi ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi xalqımızın həmrəyliyinin, əsgər və zabitlərimizin rəşadətinin, dövlət-xalq birliyinin parlaq nümunəsinə çevrildi. Natiq çıxışında şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların fədakarlığının gələcək nəsillərə örnək olduğunu vurğuladı.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək vurğuladı ki, 27 sentyabr – Anım Günü – təkcə şəhidlərimizin qəhrəman xatirəsini yad etmək deyil, həm də Vətən Müharibəsində qazanılan bu möhtəşəm Zəfərin beynəlxalq hüququn əsas prinsipləri ilə necə uyğunlaşdığını, necə ədaləti bərpa etdiyini vurğulamaq üçündür. Bu Zəfər beynəlxalq hüququn qorunması ilə birgə, Azərbaycanın milli ləyaqətinin və qüdrətinin sübutudur.

Tədbirdə çıxış edən “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdi ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur, şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır.

Seçilən
5
4
veteninfo.az

5Mənbələr