AZ

Statistika sahəsində peyk məlumatlarından istifadə genişləndiriləcək

2026–2030-cu illərdə rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramı layihəsinə peyk məlumatlarının rəsmi statistik göstəricilərin hazırlanmasında istifadəsinin genişləndirilməsi tədbiri daxil edilib.

Herbiand.az xəbər verir ki, bunu Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda Dövlət Statistika Komitəsi sədrinin müavini Vahab Məmmədov deyib.

O bildirib ki, aparılan islahatların əsas nəticələrindən biri rəsmi statistikanın tamamilə elektron formata keçididir:

“Hazırda məlumatların toplanması, emalı və yayımı tam rəqəmsal formatda həyata keçirilir. Bu da kağız sənəd dövriyyəsini xeyli azaldıb, prosesləri sürətləndirib və statistik məlumatların istifadəçilər üçün əlçatanlığını artırıb. Elektron texnologiyalar statistika sisteminin şəffaflığını, rahatlığını və etibarlılığını təmin edir. Artıq məlumatların yayımı ənənəvi nəşrlərdən, çap olunmuş məcmuələrdən müasir rəqəmsal həllərə keçib. Bu platformalar istifadəçilərə özləri müstəqil şəkildə cədvəl və qrafiklər formalaşdırmaq imkanı verir. Belə yanaşma açıqlığı, istifadədə rahatlığı təmin edir və statistikanı cəmiyyət üçün daha əlçatan edir”.

Seçilən
3
3
herbiand.az

4Mənbələr