AZ

Əfsanəvi Klaudia Kardinale 87 yaşında vəfat etdi

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hollivudun və Avropa kinosunun unudulmaz simalarından olan Klaudia Kardinale vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

İtaliyalı aktrisa 87 yaşında dünyasını dəyişib. O Papa VI Paulla olan görüşə mini ətəkdə qatılaraq protokol qaydalarını heçə saymışdı.

Qeyd edək ki, Klaudia Kardinale Tunisdə dünyaya gəlib. O kinoya ilk addımını 1957-ci ildə qatıldığı gözəllik yarışması ilə atıb. Bu yarışma ona Venesiya Film Festivalının qapılarını açdı.

"The Leopard" filmi onun həyatında dönüş nöqtəsi olub. Aktrisa karyerasının ilk illəridnə oğlu Patriki dünyaya gərtirib. Lakin ailəsinə onu qardaşı kimi təqdim edib.

"Mən kinolarda 150-dən çox həyat yaşamışam: fahişə, romantik və başqa rollar... Özümü dəyişmək fürsətinin olması gözəl idi. Ən böyük rejissorlarla işləmişəm, onlar mənə hər şey öyrədiblər" - deyə Klaudia Kardinale qeyd edib.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
baku.ws

2Mənbələr