AZ

Azərbaycanda əcnəbi tələbələrin sayı 11 minə yaxınlaşıb

Azərbaycanda

"Azərbaycana əcnəbi tələbələr öz maraqları, istəkləri ilə gəlirlər. Eyni zamanda ölkəmizin də təsis etdiyi müəyyən qrantlar var. Onlara ən bariz nümunə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantıdır”.

Reyting.az
xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 15 sentyabrdan etibarən Azərbaycana müxtəlif ölkələrdən əcnəbi tələbələr gəlib. Onlar Azərbaycan hökuməti hesabına aparıcı universitetlərdə təhsil almaq hüququ qazanıblar.

Ü. Səttarova bildirib ki, “THE Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində bir çox universitetlərlə əlaqələr rəsmiləşdiriləcək: "Hazırda xarici universitetlərlə əlaqələrimiz var, ancaq biz bu əlaqələrin daha da genişləndirilməsini istəyirik".

Agentlik sədri qeyd edib ki, Azərbaycanda əcnəbi tələbələrin sayı artıq 11 minə yaxınlaşıb.

V. QULİYEV
Seçilən
17
12
reyting.az

10Mənbələr