AZ

Bağlancağı deyilən “Expressbank”dan AÇIQLAMA

Daha öncə xəbər verdiyimiz kimi, “Fitch” reytinq agentliyi Expressbank-ı yüksək riskli hesab edilən "B+" reytinqi ilə qiymətləndirib. Reytinq üzrə proqnozu isə "müsbət" yox "sabit" olaraq təsdiqləyib. “Fitch”in təsnifatına görə, B+ – “Highly Speculative” (yüksək riskli) kateqoriyaya düşür. Bu, defolt ehtimalının az olmadığını, amma hələ ki, borclunun ödənişləri həyata keçirə bildiyini göstərir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan “Expressbank”ın mətbuat xidmətinin əməkdaşı Raziyə Axundzadə bildirib ki, bütün banklarda müsbət və mənfi göstəricilər olur:

“Expressbank” olaraq, biz mütəmadi olaraq, bütün hesabat dövrlərinə uyğun öz press-relizlərimizi müvafiq media qurumlarına təqdim etmişik. Hər hesabat dövründə, vəziyyətlə bağlı ümumi məlumat vermişik.  pizza mizza

Həmçinin “Fitch” reytinq agentliyinin də nəticələri açıqlandıqdan sonra biz yenə də ümumi vəziyyətlə bağlı press-relizimizi təqdim etdik. Ümumilikdə isə bütün banklarda müsbət və mənfi göstəricilər olur. Bu o demək deyil ki, həmin an yaxud yaxın gələcəkdə həmin bank bağlanacaq. Bununla bağlı bizim heç bir narahatlığımız yoxdur”.

Raziyə Axundova həmçinin “Expressbank”ın kredit və depozit portfellərinin başqa banklara yönləndirilməsi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Belə məlumatların kim tərəfindən və haradan yayıldığını bilmirik. Hazırda belə bir vəziyyət yoxdur. Son dövrlər biz artıq hər xəbərə münasibət bildirmirik. Real vəziyyəti birinci ağızdan press-reliz formasında dərc edirik ki, bank bunu deyir. Necə deyərlər, hər daş atana geri qayıda bilmərik”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
107
yenisabah.az

1Mənbələr