Hazırda müharibə gedir və bizə qalib gəlmək lazımdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Rusiyaya qarşı müharibə aparırlar, indi onun ən kəskin mərhələsidir", - Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiyada rəsmi olaraq Ukraynadakı müharibə "xüsusi hərbi əməliyyat" adlandırılır. Rəsmi Moskva "müharibə" terminindən istifadə etmir.