AZ

Çağatay Ulusoy və Aslıhan Malbora münasibətlərini rəsmən elan etdilər

Məşhur aktyor Çağatay Ulusoy 35 yaşını qeyd edib. Uzun müddətdir birlikdə olduğu həmkarı Aslıhan Malbora aktyorun ad günündə romantik paylaşım edərək münasibətlərini ilk dəfə sosial mediada açıqlayıb.

Far.Az xəbər verir ki, Malbora "Instagram" hesabında Ulusoyun avtomobil idarə etdiyi anları əks etdirən qısa video paylaşaraq, doğum tarixini və ürək emojisi əlavə edib. Bu jest sosial mediada böyük maraqla qarşılanıb və cütlüyün münasibəti rəsmi olaraq gündəmə daşınıb.

Çağatay Ulusoy son illərdə "Kübra", "Gaddar", "Terzi" serialları və "Tam Bir Centilmen" filmi ilə diqqət çəkib. Onun Aslıhan Malbora ilə münasibəti isə "Kübra" serialının çəkilişləri zamanı başlayıb və ilk dəfə 2024-cü ilin sonunda ortaya çıxmışdı.

Seçilən
4
1
far.az

2Mənbələr