AZ

Baş katibin sözçüsü: Azərbaycan BMT nin vacib tərəfdaşıdır

ain.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycan BMT-nin vacib iqlim tərəfdaşıdır.

Bunu APA-nın ABŞ-a ezam olunmuş əməkdaşına açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

O, BMT Baş Assambleyanın 80-ci sessiyası ilə bağlı gözləntiləri də ifadə edib.

“Biz ümid edirik ki, Baş Assambleyanın 80-ci sessiyası çox uğurlu olacaq. Bütün dünya ölkələri bir araya gəlib qlobal problemlərin həlli istiqamətində vacib addım atırlar. Eyni zamanda, biz Azərbaycan Prezidentini də burada görməkdən məmnunuq. Azərbaycan BMT-nin vacib tərəfdaşıdır, BMT-nin iqlim dəyişikliyi konfransına ev sahibliyi edib. Biz Azərbaycanla əməkdaşlığı davam etdirəcəyimizə ümid edirik”, - Stefan Dujarrik vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
5
apa.az

6Mənbələr