AZ

“Azərbaycan BMT tribunasından yeni reallıqları dünyaya təqdim edəcək” DEPUTAT ŞƏRH ETDİ

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının yubiley 80-ci sessiyasında çıxış edəcək.

Qeyd edək ki, Əliyev 2017-ci ildən bəri bu qurumun tribunasından fiziki olaraq çıxış etməmişdi, 2020-ci və 2021-ci ildə isə videoformatda müraciət etmişdi.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzunu belə şərh edib:

“2020-ci ildə Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra məhz, Prezident İlham Əliyevin təşəbbüsü və müəllifliyi ilə bütün Azərbaycan xalqının gözlədiyi ədalətli sülh gündəliyi irəli sürüldü.

8 avqust tarixində “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, qalan iki əsas şərtin də Ermənistana qəbul etdirilməsi məhz dünyanın bir nömrəli ofisində, lider ölkənin rəhbərinin şahidliyi ilə baş tutdu.

BMT Baş katibi, 9 avqust 2025-ci il tarixli bəyanatında, ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında paraflanmış çərçivə sazişini Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm bir addım olaraq alqışlamışdır. Bu saziş, iki ölkə arasında dialoq və etimadın artırılması üçün bir platforma yaradaraq, sülh prosesini irəlilətmək məqsədini güdür.

Baş katib, Azərbaycan və Ermənistan liderlərinin bu istiqamətdəki sadiqliyini yüksək qiymətləndirmiş, davamlı söhbətlərin və etimad quruculuğunun zəruriliyini vurğulamışdır. Eyni zamanda, Cənubi Qafqazda sülhün davamlı təmini üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiq etmişdir. BMT-nin 80 illiyi ərəfəsində, təşkilatda islahatların həyata keçirilməsi məqsədilə Baş katib Antonio Quterreş tərəfindən mart ayında “UN80” Təşəbbüsü irəli sürülmüşdür”.

O, qeyd edib ki, bu təşəbbüs, BMT-nin fəaliyyəti və strukturlarının müasirləşdirilməsi, eləcə də daha effektiv və imkanları daha geniş olan bir təşkilat halına gəlməsi məqsədini güdür:

““UN80” Təşəbbüsü çərçivəsində, Azərbaycanın da üzvü olduğu G77 və Çin qrupu, islahatların inkişaf etməkdə olan ölkələrə göstərilən dəstəyi azaltmaması zərurətinə diqqət çəkir.

Qrup, bu islahatların məqsədinin bütün ölkələrin, xüsusilə də inkişaf etməkdə olanların, BMT-nin resurslarından daha ədalətli şəkildə faydalanmasını təmin etmək olduğunu vurğulayır. Bu yanaşma, BMT-nin global miqyasda ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini əks etdirir.

Bu kontekstdə, BMT, həmçinin beynəlxalq əməkdaşlığı gücləndirmək, konfliktlərin həlli üçün müvafiq platforma yaratmaq və davamlı sülhü dəstəkləmək məqsədilə mühüm addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Bu təşəbbüslər, müasir dünyada sülh və təhlükəsizliyin təmin olunmasında BMT-nin rolunu daha da artırma məqsədini güdür.

Azərbaycan BMT-in ən mötəbər tədbirə COP29-a UNFCCC ilə əməkdaşlıq çərçivəsində uğurlu ev sahibliyi etdi. 2026-cı ildə isə daha iki BMT tədbirinə ölkəmiz evsahibliyi edəcək: UN-Habitatla birgə 13-cü Dünya Şəhərsalma Forumuna və UNEP-lə birgə Ümumdünya Ətraf mühit günü”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
icma.az

2Mənbələr