AZ

Məhkəmədən qaşan erməni məmur Ermənistan konsulluğunda ÖLÜ TAPILDI

Sabiq məmur Boris Avakyan Peterburqda Ermənistan konsulluğunda ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlunat yayıb.

Sankt-Peterburqda Ermənistan konsulluğunda sabiq Rosimuşestvo rəsmisi Boris Avakyan ölü tapılıb.

Məlumata görə, o, tualetə girərək intihar edib. Qapı yalnız bir saatdan sonra açılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Avakyan bundan əvvəl məhkəmə iclasından qaçaraq konsulluğa sığınmağa cəhd etmişdi.

O, 4,2 milyard rubl (85 milyon 357 min man) məbləğində gömrük rüsumlarının ödənilməsindən yayınma işi üzrə təqsirləndirilən şəxs qismində keçirdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
50
1
interpress.az

2Mənbələr