AZ

Roberto Martinesin evi soyuldu – 1 milyon avroluq qarət


Naməlum şəxslər Portuqaliya milli futbol komandasının baş məşqçisi Roberto Martinesin Kaskaysdakı (Lissabonun qərbində yerləşən sahil şəhəri) evini qarət ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, ona dəymiş ziyan 1 milyon avrodan çox qiymətləndirilir.
Evə mətbəxdən daxil olan oğrular qızıl-zinət əşyaları və saatlar oğurlayıblar.
Hadisə vaxtı Martines evdə olmayb.
Seçilən
28
yeniavaz.com

1Mənbələr