AZ

Livan prezidenti İsrailin hücumlarına son qoyulmasını tələb etdi

İsrailin hərbi eskalasiyası Livan ordusunun 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasına uyğun olaraq cənub sərhəddinə yerləşdirilməsinə mane olur.

Olaylar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edən prezident Cozef Aun deyib:

"Biz İsrailin hücumlarına dərhal son qoyulmasını və işğalçı qüvvələrin Livan torpaqlarından çıxarılmasını tələb edirik. Biz beynəlxalq ictimaiyyətə vəziyyətin sabitləşdirilməsində yardım və qeyri-hökumət qruplarının tərksilah edilməsi planının həyata keçirilməsi üçün səylərin dəstəklənməsi ilə bağlı müraciət edirik".

Onun sözlərinə görə, Livan Silahlı Qüvvələrinə missiyasını yerinə yetirmək üçün lazımi köməklik göstərilməlidir. Aun izah edib ki, hökumətin avqustun 5-də ölkədəki bütün silahları ordunun əlində cəmləşdirmək qərarı "dövlətin suverenliyini gücləndirmək və vətəndaşların hüquqlarını qorumaq məqsədi daşıyır".

Prezident qeyd edib ki, Livanın və bütün Yaxın Şərqin təcrübəsi "konfliktlərin xalqların inkişafına və firavanlığına mane olduğunu, xaosa, yoxsulluğa və geridə qalmış inkişafa gətirib çıxardığını göstərir": "Sülh tərəqqi üçün yeganə münbit torpaqdır; onsuz ədalət və ləyaqətli həyat yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr