AZ

Bakıda yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 44 sakin təxliyə olunub

Bu gün səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar FHN-nin 112 qaynar xəttinə çağırış daxil olub. Çağırışla əlaqədar hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə qüvvələri və texnikaları cəlb edilib. Binanın şaxtasından 22-ci mərtəbəsinədək şaxta naqilləri yanıb, yanğın məhdudlaşdırılıb.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğındöndürmə Qərargahının əməliyyat növbətçisinin köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov bildirib. Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Binanın 12-si azyaşlı olmaqla, 44 sakini xilas edilib.

FHN təmsilçisi bildirib ki, hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənmə ilə bağlı Təcili Tibbi Yardıma müraciət edib. Yanğının baş vermə səbəbi araşdırılır.

Seçilən
33
6
apa.az

7Mənbələr