AZ

Dildə, fikirdə, əməldə birlik...

Türk dünyası üçün vacib hesab edilən “Dildə, fikirdə, əməldə birlik” şüarını irəli sürən böyük fikir adamı İsmayıl Qaspıralının vəfatının 111-ci ili tamam olur.

Modern.az xatırladır ki, 1851-ci ildə Krımın Bağçasaray şəhərində anadan olan Qaspıralı bütün ömrünü Türk birliyi və Türk dilinə həsr edib.

Onun təsis etdiyi “Tərcüman” qəzeti Rusiya imperiyasında yaşayan türklərin milli oyanışında mühüm rol oynayıb və Cədidçi təhsil hərəkatının yayılmasına təkan verib.

Qaspıralı həmçinin ilk qız məktəbinin açılması ilə müsəlman qadınlarının maariflənməsində öncül addımlar atıb. Onun “dil birliyi ancaq təhsillə mümkündür” fikri bu gün də aktuallığını qoruyur.

 2024-cü ildə Türk Dövlətləri Təşkilatı xatirə sikkəsi buraxaraq bu böyük mütəfəkkirin adını əbədiləşdirib. İsmayıl Qaspıralı 1914-cü ildə vəfat edib, onun ideyaları bu gün də Türk dünyasının birləşdirici gücü kimi yaşayır.

Seçilən
10
1
modern.az

2Mənbələr