AZ

Dünya Bankı Azərbaycana "Yaşanılabilən Bakı" layihəsi üzrə qrant ayırıb

Dünya

Dünya Bankı Azərbaycana "Yaşanılabilən Bakı" layihəsi çərçivəsində növbəti qrant ayırıb.

"APA-Economics" bu barədə Dünya Bankına istinadən xəbər verir. Məlumata görə, layihə Abşeron göllərinin bərpası və ətraf ərazilərin inkişafı ilə bağlıdır. Belə ki, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək. Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək.

Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadiəsaslandırma və texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə alaraq, Böyükşor, Xocasən və Zığ gölləri və ətraf əraziləri üzrə texniki -iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur. İşlərə bu ilin noyabr ayından başlanması planlaşdırılır və 500 min ABŞ dollarına başa gələcəyi gözlənilir.

Seçilən
14
13
xalqcebhesi.az

10Mənbələr