AZ

Trampın kəskin dönüşü: “Ukrayna torpaqlarını geri alacaq!”

Sentyabrın 23-də saat 23:52-də İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlərdən biri Parakar icmasının müxalifət lideri Volodya Qriqoryandır.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın jurnalistlərə verdiyi məlumata görə, atışmada öldürülən ikinci şəxs kriminal polisinin əməkdaşı, baş leytenant Karen Abramyandır.

Onun sözlərinə görə, polis əməkdaşı qətl zamanı işdə olub. O, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın dostu olub və qətl zamanı onun yanındaymış.

Polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün tədbirlər görür.

Seçilən
34
tribunainfo.az

1Mənbələr