AZ

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirilir

Nyu-York, 24 sentyabr, AZƏRTAC

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilir.

AZƏRTAC-ın məlumatına görə, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Tədbir Türkiyə, Qazaxıstandan olan təmsilçilərin çıxışları ilə davam edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
11
2
azertag.az

3Mənbələr