AZ

Prezident İlham Əliyev: Azərbaycan TRIPP marşrutunun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib

Bakı. Trend:

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənabDonald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasındaimzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsiilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təminedəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP)əsasını qoydu.

Trend xəbər verir ki, bufikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinintəşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı,maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər BiznesForumuna müraciətində yer alıb.

Prezident bildirib ki, Orta Dəhlizin növbəti mühüm seqmentinəçevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalqyükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, regionölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinəinteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq.

Qeyd olunub ki, TRIPP eyni zamanda gələcəkdə enerjiresurslarının daşınması, elektrik enerjisinin, xüsusilə dəbərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərinçəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalqticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verəbilər.

“Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütünsəylərini səfərbər edib”,- müraciətdə vurğulanıb.

Seçilən
19
8
az.trend.az

9Mənbələr