AZ

Oslonun mərkəzində güclü partlayış oldu - Fotolar

Norveçin paytaxtı Oslonun mərkəzində güclü partlayış baş verib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, insidentin baş verdiyi Pilestredet küçəsinə polis qüvvələri cəlb olunub, ərazi mühasirəyə alınıb.

İlkin məlumatlara görə, naməlum şəxs əl qumbarası partladıb, hüquq-mühafizə orqanları ərazidə daha bir partlayıcı qurğu aşkar ediblər. Dördpendirli pizza

"TV2" telekanalının məlumatına əsasən, hadisə ilə bağlı 13 yaşlı yeniyetmə saxlanılıb.

Hazırda ölən və ya yaralananlar barədə məlumat verilməyib.


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr