ain.az, Bizim media portalına istinadən məlumat yayır.
“Putinlə yaxşı münasibətlərim gözlədiyimin əksinə olaraq, Ukraynadakı münaqişənin həllinə heç bir təsir göstərmədi”.Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı bildirib.
“Rusiya bu müharibəni dayandırmalı idi. Artıq 3,5 il keçib, amma onlar hələ də ciddi irəliləyiş əldə edə bilməyiblər,” – deyə ABŞ prezidenti bəyan edib.
Tramp Ukrayna torpaqlarının geri qaytarılması ilə bağlı bəyanatını bir daha təsdiqləyib: “Bu, çox kədərli bir vəziyyətdir. Əksəriyyətiniz mənim bu yaxınlarda verdiyim açıqlamanı gördünüz… Mən bunu həqiqətən belə hiss edirəm. Qoy onlar (Ukrayna – red.) torpaqlarını geri alsınlar. Baxaq, hər şey necə nəticələnəcək”.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.