İranın ali dini lideri Əli Xamenei deyib ki, ölkəsinin nüvə silahına ehtiyacı yoxdur və onu istehsal etmək planları yoxdur.
Ali dini lideri bu barədə İran xalqına televiziya ilə müraciəti zamanı bildirib.
"Bu gün bizdə uranın zənginləşdirilməsi yüksək səviyyədədir. Təbii ki, nüvə silahı hazırlamaq istəyən ölkələr bunu 90%-ə çatdırır. Silahlara ehtiyacımız olmadığından və nüvə silahından imtina etmək qərarına gəldiyimizdən biz onu o qədər də artırmamışıq. Biz bunu 60%-ə çatdırmışıq, bu çox yüksək səviyyədir, çox yaxşı səviyyədir, ölkəmizin bəzi problemlərinin həlli üçün zəruridir", - deyə Xameni bildirib. \\Report