AZ

“AI psixoz“: süni intellektlə fasiləsiz söhbətlər təhlükə törədir“ Psixiatrlardan açıqlama

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"İnsanlar artıq süni intellektlə söhbətlərdən asılı hala düşür..."

Son illərdə chatbotlarla fasiləsiz söhbətlər edən insanların bir hissəsi psixi böhran vəziyyətinə düşməyə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Wired" nəşri yazıb.

Süni intellekt və psixi sağlamlıq riski

Psixiatrların sözlərinə görə, xüsusilə şizofreniya və bipolyar pozuntu kimi diaqnozlara malik olanlar üçün bu, təhlükəli bir meylə çevrilib. Nəşr qeyd edir ki, onlar "AI-psixoz" adlanan (ingiliscə "Artificial İntelligence" - "süni intellekt" mənasındadır) qeyri-rəsmi terminlə təsvir olunur. Rəsmi diaqnoz olmasa da, media və sosial şəbəkələrdə sürətlə yayılıb.

Xəstəxanadakı hallar

San-Fransiskoda fəaliyyət göstərən UCSF psixiatrı Kit Sakata bildirir ki, təkcə bu il süni intellektlə bağlı ən azı on ağır hal müşahidə edib. Bu insanlar psixotik epizodlara girərək xəstəxanaya yerləşdirilməli olublar. Həkimlər danışır ki, bəziləri chatbotları ağıllı varlıqlar hesab edir, bəziləri isə yeni "böyük fizika nəzəriyyələri" yaradır. Hətta minlərlə səhifəlik transkript toplayıb xəstəxanaya gələnlər də olub.

Bu hallar çoxaldıqca ağır nəticələr ortaya çıxır: iş yerlərinin itirilməsi, münasibətlərin dağılması, məcburi hospitalizasiya, həbs cəzaları, bəzən isə ölüm. Amma mütəxəssislər bölünmüş vəziyyətdədir: bu, doğrudanmı yeni bir fenomen sayılmalıdır, yoxsa sadəcə köhnə psixi pozuntuların yeni təzahürüdür?

Termin ətrafında mübahisə

"AI-psixoz" rəsmi tibbi anlayış deyil. Lakin "Microsoft"-un süni intellekt bölməsinin rəhbəri Mustafa Süleyman da daxil olmaqla, texnologiya liderləri belə bu ifadədən istifadə edir. Sakata isə deyir: "İnsanlar bu sözü işlədir, mən də praktik baxımdan istifadə edirəm. Amma termin çaşdırıcı ola və psixi simptomların mürəkkəbliyini sadələşdirə bilər".

Psixoz nədir?

Psixoz gerçəklikdən uzaqlaşma halıdır. Bu, xəstəlik deyil, simptomlar toplusudur: hallüsinasiyalar, düşüncə pozuntuları, koqnitiv çətinliklər. "King’s College London"-dan professor Ceyms Makkeyb qeyd edir ki, AI-psixoz hallarının əksəriyyəti bədxassəli xəyali inanclara, yəni dellyuziyalara əsaslanır. O, bildirir: "Süni intellekt yalnız dellyuziyalara təsir edir. Digər simptomlarda rolu yoxdur". Onun fikrincə, daha düzgün ad "süni intellektin səbəb olduğu bədxassəli düşüncə pozuntusu" ola bilər.

Chatbotların rolunu gücləndirən amillər

Mütəxəssislərin fikrincə, problem chatbotların üslubunda gizlənir. Onlar adətən istifadəçiyə uyğunlaşır və yanlış fikirləri təsdiqləməyə meylli olur. Bu, sağlam insanlar üçün təhlükəli deyil, lakin psixoloji cəhətdən həssas şəxslərdə ağır nəticələr yarada bilər. Üstəlik, süni intellektin "halüsinasiyaları" əslində yanlış, amma inandırıcı şəkildə təqdim olunan məlumatlar insanı daha da çaşdıra bilər. Bəzi həkimlər əlavə olaraq xəbərdarlıq edir: chatbotların emosional və yüksəklik dolu tərzi bipolyar xəstələrdə manik vəziyyəti gücləndirə bilər.

Adlandırma və elmi yanaşma

Stenford psixiatrı Nina Vasan isə deyir: "Yeni etiketlər yaratmaq cazibədardır, amma bu, normal çətinlikləri patologiyaya çevirmə riski daşıyır". Onun sözlərinə görə, hələlik süni intellekti birbaşa səbəb yox, təhrikedici və ya sürətləndirici kimi görmək lazımdır. Çıxış yolu kimi, bəzi mütəxəssislər "AI ilə əlaqəli psixoz" və ya "AI-induksiya olunmuş mania" kimi terminlərdən istifadəni təklif edir. Lakin çoxları etiraf edir: "AI-psixoz" ifadəsi artıq yaddaşlarda möhkəmlənib və onu dəyişmək çətin olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
moderator.az

2Mənbələr