Perunun cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 700 nəfər əhalisi olan San-Xuan şəhərindən 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 40 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.