AZ

Şəbnəm Tovuzlu atasından imtina etdi: Axirətdə də bağışlamayacam!

Müğənni Şəbnəm Tovuzlu doğma atası ilə küsülü olduğunu açıqlayıb.

Gundem.az xəbər verir ki, sənətçi “Rəngarəng” proqramında bu haqda söz açaraq, bunları deyib: “Atamla danışımıram, mənə vacib də deyil. Bir tək anama heyfim gəlir. Başqa heç nəyə… Bağışlamıram, bağışlamayacağam da. Axirətdə də onu bağışlamayacağam. Mənim atam var, o da Ələddindir. Məni xalam və həyat yoldaşı böyüdüb. O qədər böyük bir nəsildə böyümüşəm ki…

Mənə o nəsildən maraqlı heç kim yoxdur. Mən də onlara maraqlı deyiləm, ehtiyacım da yoxdur”.

Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. /axşam.az

Seçilən
10
19
gundem.az

10Mənbələr