AZ

Ukrayna “İskəndər”i partlatdı

Ukrayna Müdafiə Qüvvələri avqustun sonunda Rusiyanın Krasnodar diyarında yerləşən “Molkinо” poliqonuna zərbə endirib. Hücum nəticəsində bir neçə “İskəndər” operativ-taktiki raket kompleksi məhv edilib, “Pantsir-S1” zenit-raket qurğusu isə zədələnib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zərbədən sonra yayımlanan fotolarda tamamilə yanmış hərbi anqarlar, dağıdılmış yük maşınları və texnika görünür.

Şəkillərdə “İskander” qurğularının ciddi şəkildə dağıldığı, güclü yanğının izlərinin qaldığı əks olunub.

Hazırda məhv edilən maşınların neçə ədədinin buraxılış qurğusu, neçə ədədinin isə transport-yükləmə texnikası olduğu dəqiqləşdirilməyib. Ukrayna tərəfi hücumla bağlı rəsmi açıqlama verməyib.

“Molkinо” poliqonu Sovet dövründən fəaliyyət göstərir və uzun müddət Rusiya hərbi bazalarından biri olub. 2015-ci ildən etibarən bu ərazi “Vaqner” muzdlu dəstələrinin məşq poliqonu kimi tanınıb. Daha sonra baza Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan “Afrika korpusu”nun istifadəsinə verilib.

Məlumatlara görə, poliqonun yaxınlığında yerləşən Qoryaçiy Klyuç şəhərində Rusiya Silahlı Qüvvələrinin 1-ci raket briqadası daimi dislokasiyada saxlanılır. Briqadanın əsas silahı məhz “İskəndər” operativ-taktiki raket kompleksləridir.

Seçilən
14
4
tribunainfo.az

5Mənbələr