“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ötən qış komandaya qoşulan özbəkistanlı müdafiəçi Abdukodir Xusanovun inkişafını yüksək qiymətləndirib.
QOL.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib: “Çox təsirlənmişəm. O, mərkəz müdafiəçisi kimi də, müdafiənin digər mövqelərində də oynaya bilər, yalnız sol cinah istisnadır.
Abdukodir hücumda çox şey yarada bilmir, amma onun güclü, etibarlı, stabil və fiziki oyun üslubu var. Bu, Kayl Uolkerin ən yaxşı vaxtlarını xatırladır. Xusanov inanılmaz dərəcədə diqqətlidir və hələ də çox gəncdir. O, öyrənmək istəyir. Qarşılaşdığımız güclü rəqiblərə qarşı da özünü yaxşı göstərib.
O çox gəncdir, ilk təcrübəsi – Özbəkistandan Fransaya köçərək Liqa 1-də 8-10 oyun keçirməsi olub. Sonra isə bura gəldi və çətin dönəmdə uyğunlaşdı. Komandada hər şey yolunda olanda uyğunlaşmaq daha asan olur.
Düşünürəm ki, hamı hiss edir – o, “Mançester Siti”nin növbəyi illərində etdiyi ən yaxşı transferlərdən biri olacaq. Bu futbolçu klubda uzun illər karyerasını davam etdirəcək”.