AZ

Polşa Belarusla sərhədi açır

Polşanın daxili işlər naziri Marçin Kervinski sentyabrın 25-nə keçən gecə Belarusla "Qərb-2025" hərbi təlimləri ilə əlaqədar sentyabrın 12-dən bağlı qalan sərhəd-keçid məntəqələrində hərəkətin bərpası haqqında sərəncam imzalayıb.

Adalet.az  xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.

"Mən indicə Polşa-Belarus sərhədindəki sərhəd-keçid məntəqələrində nəqliyyatın hərəkətinin sabah gecə saat 00:00-da (Bakı vaxtı ilə 25 sentyabr 02:00-də – red.) bərpa edilməsi haqqında sərəncam imzaladım", - paylaşımda qeyd edilir.

Seçilən
12
1
adalet.az

2Mənbələr