AZ

Qubatovun qolu "Xankəndi"ni vahid liderliyə daşıdı

PFL II Liqasında 3-cü turun üç qarşılaşması baş tutub.

İdman.biz bildirir ki, "Kür-Araz" "Araz Saatlı" ilə qarşılaşıb.

Oyun İmişli klubunun stadionunun vəziyyətinə görə, Saatlıda Olimpiya İdman Kompleksinin stadionunda keçirilib.

Daha yaxşı oynayan "Kür-Araz" 3:2 hesablı qələbə qazanıb. Bu İmişli komandasının turnirdə ilk qələbəsidir.

Topları "Kür-Araz"da Asim Quliyev (17), Vüsal Səfərov (45+2, pen), Rəvan Quluzadə (72) vurublar. "Araz Saatlı"da Yaqub Yusubov (34), Rəvan Əvəzov (61) fərqləniblər.

Ağstafa şəhər stadionunda keçirilmiş "Ağstafa Gəncləri" - "Xankəndi" oyunu isə 1:0 hesabı ilə qonaqların xeyrinə qurtarıb. Yeganə topu 61-ci dəqiqədə Tural Qubatov vurub.

Bu qələbədən sonra "Xankəndi" 9 xal toplayaraq çempionatda vahid liderliyə yüksəlib. "Ağstafa Gəncləri" bir xal belə toplamayıblar.

Digər oyunda isə "Sheki City" ilə "Qaradağ L" qarşılaşıblar. Oyun 3:2 hesabı ilə lökbatanlıların qələbəsiylə qurtarıb. Qolları "Sheki City"dən Cavid İmamverdiyev (80, 90 pen.), "Qaradağ"dan Ramil Orucov (23, 60) və Tofiq Nəsibov (48, pen) vurublar.

İdman.biz

Seçilən
22
1
idman.biz

2Mənbələr