AZ

“Neftçi” məşhur hücumçuya təklif göndərdi

"Beşiktaş"ın sabiq hücumçusu Vensan Abubakar Azərbaycanda çıxış edə bilər.

Bizim.Media xəbər verir ki, "Neftçi" kamerunlu forvardı heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Reşat Can Özbudak məlumat yayıb.

Bakı klubu hazırda azad agent statusunda olan 33 yaşlı forvarda rəsmi təklif göndərib.

Qeyd edək ki, Vensan Abubakar "Beşiktaş"dan başqa "Valensyen", "Loryan", "Portu" və "Əl-Nəsr"in formasını geyinib. Təcrübəli futbolçunun son klubu isə "Hataysporr" olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
12
3
bizim.media

4Mənbələr