Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonunun Siyaqut kəndində fəaliyyət göstərən Rafiq Mədətova məxsus çörək sexində ciddi nöqsanlar müəyyən edilib.
Bu barədə Konkret.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və obyektin cari təmirə ehtiyacının olduğu aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı sahibkara müvafiq göstərişlər verilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.