AZ

“Klubdan dedilər ki, dost-tanışlar da bilet alsınlar”

style='margin-bottom:10px;'>

“Kayrat”ın müdafiəçisi Damir Kasabulat Çempionlar Liqasının 2-ci turunda “Real”la qarşılaşmadan gözləntilərini bölüşüb.

QOL.az bu barədə legalbet.kz saytlna istinadən məlumat yayıb.

“Bu, bizim üçün tarixi oyun olacaq. Qarşıdakı günlərdə ‘Real’ı təhlil edəcəyik və birbaşa bu görüşə hazırlığa başlayacağıq”, – deyə Almatı təmsilçinin futbolçusu bildirib.

Futbolçu həmçinin ondan biletlə bağlı xahiş edənlərin sayına dair sualı da cavablandırıb:

“Çox adam zəng edib bilet istəyirdi. Amma klubdan bizə dedilər ki, bütün dostlar və tanışlar biletləri elə azarkeşlər kimi özləri almalıdır”, – deyə müdafiəçi əlavə edib.

Xatırladaq ki, “Kayrat” – “Real” oyunu sentyabrın 30-u Almatıda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr