AZ

“Tanrının planı mükəmməldir"

“Barselona”nın vingeri Lamin Yamal “Qızıl top” mükafatının təqdimatından sonra PSJ-nin hücumçusu Usman Dembeleni təbrik edib.

90deqiqe.Az xəbər verir ki, gənc futbolçu bu barədə  sosial şəbəkə hesabında yazıb:

“Tanrının planı mükəmməldir: ‘Zirvəyə çatmaq üçün yüksəlmək lazımdır’. ‘Kopa’ mükafatını (21 yaşadək ən yaxşı futbolçu) ikinci dəfə qazanmaqdan məmnunam və Usman Dembeleni uğurlu mövsümünə və qazandığı mükafata görə təbrik edirəm”.

Xatırladaq ki, 18 yaşlı Yamal “Qızıl top — 2025” mükafatı üçün səsvermədə ikinci yeri tutub.

Ötən mövsüm “Barselona”nın hücumçusu bütün turnirlərdə 55 oyuna çıxaraq 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Dembelenin göstəriciləri isə 53 oyun, 35 qol və 16 assist olub.

Seçilən
70
90deqiqe.az

1Mənbələr