ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Çempionlar Liqası çərçivəsində Almatının "Kayrat" klubu ilə "Real Madrid" arasında keçiriləcək oyuna bilet satışının başlaması böyük ajiotaja səbəb olub.
İdman.biz-in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə Qazaxıstan klubunun saytı çöküb.
Almatı Mərkəzi Stadionu cəmi 23 000 tamaşaçı üçün nəzərdə tutulub, lakin orada iştirak etmək istəyənlərin sayı bir neçə dəfə çoxdur. Saat 17:00-da (Bakı vaxtı ilə 16:00) növbədəkilərin sayı 140 000 nəfərə çatıb və sürətlə artmağa davam edir.
Xatırladaq ki, “Kayrat” – “Real” matçı sentyabrın 30-da baş tutacaq. Biletlərin qiymətləri əvvəlcədən elan edilib və bu, Qazaxıstan çempionu ilə Avropanın ən titullu klublarından biri arasında baş tutacaq oyuna marağı daha da artırıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.