AZ

Bu il Almaniyada istilik xərclərinin artacağı proqnozlaşdırılır

Bu il Almaniyada istilik xərclərinin əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, “co2online” qeyri-kommersiya qurumunun açıqlamasına görə, bütün enerji növləri üzrə bahalaşma müşahidə olunur və bu tendensiya 2026-cı ildə də davam edəcək.

Qazla qızdırılan 70 kvadratmetrlik mənzilin illik xərcinin 15 faiz artaraq 1180 avroya çatacağı gözlənilir. Mərkəzi istilik üçün 2 faiz, mazutla istilik 3 faiz, odunla istilik üçün isə 20 faiz artım nəzərdə tutulur. İstilik nasosları ilə qızdırılan mənzillərdə isə xərclərin 5 faiz bahalaşacağı bildirilir.

Artımın əsas səbəbləri kimi yüksək enerji qiymətləri və ilin əvvəlində qışın sərt keçməsi göstərilir. Uzunmüddətli proqnozlara görə, 20 ildən sonra qaz və mazutla istilik xərcləri üç dəfə bahalaşa bilər. Mərkəzi istilik və odunla isitmə isə iki dəfə bahalaşacaq.

Ən sərfəli inkişaf istilik nasosları üçün gözlənilir. Belə ki, burada siyasi dəstək və bərpaolunan enerji istehsalının artması xərclərin artımını məhdudlaşdırır. Mütəxəssislər isə ev təsərrüfatlarını sadə üsullarla ildə 400 avroya qədər qənaət etməyə çağırırlar.

Seçilən
3
2
yeniazerbaycan.com

3Mənbələr