AZ

Ərdoğan dünya ölkələrini Fələstinin müstəqilliyini tanımağa çağırıb

Nyu-York, 23 sentyabr, AZƏRTAC

Fələstinin getdikcə daha çox ölkə tərəfindən tanınması fonunda bu ölkənin Lideri Mahmud Abbasın burada olmamasından duyduğum kədəri ifadə etmək istəyirəm.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

“Biz bu gün öz vətəndaşlarımızla birlikdə səsinin boğulması istənilən Fələstin xalqının səsi olmaq üçün bu kürsüdən çıxış edirəm. Fələstini tanıyan ölkələrə təşəkkür edirəm. Hələ bu qərarı qəbul etməyən dövlətləri tez bir zamanda belə addımı atmağa çağırıram”.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
29
10
azertag.az

10Mənbələr