AZ

Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edilib (FOTO)

Bakı. Trend:

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalınınizləyicilərinə hazırladığı maraqlı təqdimatlardan biri də “Zamansızvə məkansız” sərgisidir.

Trend xəbərverir ki, Heydər Əliyev Fondunun və Azərbaycan RespublikasıMədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə RespublikasıMədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgiBakıdakı Azərbaycan Milli Xalça Muzeyində təqdim edilir.

Ekspozisiyada Nəsimi poeziyası və onun dini-fəlsəfi ideyaları,həmçinin sufi ənənələri müxtəlif incəsənət növlərinin ahəngivasitəsilə tərənnüm edilir. Bu məqsədlə nümayiş üçün Azərbaycan vəTürkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib.Sərgi izləyicilərə Milli Azərbaycan Tarixi Muzeyininkolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarındasaxlanılan unikal incəsənət nümunələri ilə, eləcə də AnkaradakıEtnografiya Muzeyi, İstanbul Türbələr Muzeyindən, Konyadakı MövlanəMuzeyindən gətirilən eksponatlarla tanışlıq imkanı yaradır.

Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri,xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətlieksponatlar sərgilənir. Həmin sənət incilərinin hər biri sufidünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyinəsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəviyaxınlaşması və ruhi yüksəliş məqamlarını izah edir.

Sərgi Azərbaycan və Türkiyə arasında tarixi və mənəvi bağlarıvurğulayan, eyni zamanda İmadəddin Nəsiminin poeziyası vəfəlsəfəsinin müasir dövrdəki əhəmiyyətini göstərən mühüm mədənihadisədir.

Ziyarətçilər ekspozisiyanı bir ay ərzində - oktyabrın 23-dəkizləyə biləcəklər.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,ICESCO-nun tərəfdaşlığı ilə baş tutan Nəsimi Festivalı sentyabrın25-dək davam edəcək. Bakı və Şamaxı şəhərlərini əhatə edən festivalAzərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbirsayılır. Festival? həmçinin müasir incəsənət nümayəndələrininNəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədiitəcrübələr arasında körpü yaratması üçün bir platforma rolunuoynayır.

Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Seçilən
26
10
az.trend.az

10Mənbələr