ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonu Siyaqut kəndində fəaliyyət göstərən Mədətov Rafiq Malik oğluna məxsus çörək emalı müəssisəsində bir sıra nöqsanlar aşkar edilib.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, müəssisənin cari təmirə ehtiyacının olduğu aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.