AZ

“Neftçi”nin oyunu 2 manata

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində sentyabrın 27-si saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Karvan-Yevlax” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və “https://bilet.neftchi.az” saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
9
futbolpress.az

10Mənbələr