ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Rusiya 2026-cı ildə müddəti başa çatacaq Yeni Strateji Silahların Azaldılması Müqaviləsinə (Yeni START) daha bir il müddətində riayət etməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov qeyd edib:
“Rusiya müqavilədəki məhdudiyyətlərə daha bir il əməl etməyə hazırdır. Amma bu yalnız o halda baş verə bilər ki, ABŞ da eyni mövqeni sərgiləsin. Əgər qarşı tərəf razılaşmaya əməl etməzsə, biz də tədbir görmək məcburiyyətində qalacağıq.”
Yeni START müqaviləsinin uzadılması imkanlarına toxunan Kremlin sözçüsü bildirib ki, 2026-cı ilə qədər tamamilə yeni bir sənəd üzərində razılıq əldə etmək çətindir və bu, kompleks yanaşma tələb edir.
Peskov prezident Vladimir Putinin ABŞ prezidenti Donald Trampla mövzu ilə bağlı təmaslarının olduğunu, lakin hələlik genişmiqyaslı məsləhətləşmələrin aparılmadığını da vurğulayıb.
Bundan əlavə, Polşanın “Rusiya təyyarələri NATO ərazisini pozarsa vurulmalıdır” bəyanatına münasibət bildirən Peskov, Rusiya təyyarələrinin beynəlxalq qaydalar çərçivəsində hərəkət etdiyini bildirib.
O, həmçinin Rusiyanın İranda atom elektrik stansiyaları üçün yeni enerji bloklarının inşası ilə bağlı Tehranla razılaşma hazırlayıb-hazırlamadığına dair suala cavab verməkdən imtina edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.