AZ

Berbok: Dünyadakı bütün münaqişə və zorakılıqlarda BMT günahlandırmamalıdır

BMT-nin Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbok dünya ictimaiyyətini dünyada baş verən münaqişə və zorakılıqlara görə məsuliyyəti təşkilatın üzərinə qoymamağa çağırıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, o, bu barədə Baş Assambleyanın 80-ci sessiyası zamanı bildirib.

Sədrin sözlərinə görə, 80-ci yubiley sessiyası dünyada davam edən silahlı münaqişələri, aclığı, zorakılığı və mülki əhalinin öldürülməsini nəzərə alaraq bayram kimi qəbul edilməməlidir. O, xüsusilə Qəzza zolağı və Ukraynadakı vəziyyəti qeyd edib.

A.Berbok vurğulayıb ki, əgər BMT-nin nizamnaməsinin prinsipləri nəzərə alınmırsa, bunda təşkilatın günahı yoxdur.

"Məgər BMT-nin Nizamnaməsinin prinsiplərinin nəzərə alınmamasında BMT günahkardır? Məgər Ukraynaya tanklar ona görə daxil olub ki, Nizamnamənin 2-ci maddəsində suverenlik və ərazi bütövlüyü məsələsi kifayət qədər aydın deyil? Qəzzada mülki şəxslərin, uşaqların həlak olmasına görə humanitar hüquq günahkardır? Uğursuzluğa məruz Nizamnamə, BMT deyil. Nizamnamə üzv dövlətlərin onu dəstəkləməyə və onu pozanları məsuliyyətə cəlb etməyə nə qədər hazır olduqları qədər güclüdür. Sadəcə təsəvvür edin ki, əgər BMT ümumiyyətlə mövcud olmasaydı, hər şey daha da pis olardı", - o bildirib.

Seçilən
4
2
missiya.az

3Mənbələr