Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün sentyabrın 23-də növbəti test imtahanı keçirilib.
Bu barədə "Aznews.az"a Dövlət İmtahan Mərkəzindən (DİN) məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 1561 namizəd qeydiyyatdan keçib. Onlardan 1509 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1300 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.