AZ

Şəkidə Ombudsmanın yeni regional mərkəzi açılıb

Şəki "ASAN xidmət" mərkəzində Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin açılış mərasimi keçirilib.

Olaylar xəbər verir ki, açılış mərasimində çıxış edən Ombudsman Səbinə Əliyeva Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərən Ombudsman institutunun insan hüquqlarının müdafiəsi və vətəndaş məmnunluğunun təmininə xidmət etdiyini bildirilib: "Yeni ünvanda yerləşən regional mərkəz müraciətlərin daha operativ araşdırılmasına, elektron yeniliklərin tətbiqi isə qəbul imkanlarının genişlənməsinə şərait yaradacaq".

Qəbul prosesində könüllülərin də vətəndaşlara yardımçı olacaqlarını bildirən S.Əliyeva əlavə edib ki, Şimal-Qərb Regional Mərkəzinin Şəki "ASAN xidmət" mərkəzində yerləşməsi ərizəçilərin sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan yaradacaq.

Ombudsman həyata keçirilən fəaliyyətin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdiyini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Ombudsmanın Şimal-Qərb Regional Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Şimal-Qərb Regional Mərkəzinin açılışından sonra Ombudsman Səbinə Əliyeva Şəki şəhərində vətəndaş qəbulu keçirib.

Müvəkkil qəbul üçün müraciət etmiş Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçıları, həmçinin, əlilliyi olan şəxslər olmaqla, 12 nəfərin hər birini fərdi qaydada qəbul edib.

Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
8
olaylar.az

9Mənbələr