AZ

BDU ilə Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutu arasında müəllim və tələbə mübadiləsi məsələləri müzakirə olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Özbəkistan Respublikasının Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutunun rektoru Muhiddin Pulatovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev universitetin son illər Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin daha da gücləndirdiyini deyib. BDU Özbəkistan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata keçirib. Birgə layihə və elmi tədqiqatlar regionun elmi potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Rektor iqtisadiyyat və coğrafi turizm sahələri üzrə birgə proqramlar həyata keçirmək, müxtəlif beynəlxalq layihələrdə birgə iştirak etmək imkanlarının olduğunu deyib.

Səmərqənd İqtisadiyyat və Xidmət İnstitutunun rektoru Muhiddin Pulatov da BDU ilə əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
azertag.az

2Mənbələr