AZ

Nəsimi yaradıcılığının ən mühüm cəhətlərindən biri insana məhəbbət ideyasıdır - Professor

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, mənəviyyat, incəsənətfestivalının təntənəli açılışı keçirilib. Festival Heydər ƏliyevFondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub,Təhsil, Elm və Mədəniyyət üzrə Ümumdünya İslam Təşkilatı (ISESCO)ilə tərəfdaşlıq əsasında reallaşıb.

Trend xəbər verirki, festivalın açılışında “Əbədi həqiqətin axtarışında” mövzusundaBeynəlxalq Forum keçirilib.

Forumda Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Kanada,Almaniya, İran, İraq, Oman, Tacikistan və digər ölkələrdən təxminənyetmiş tədqiqatçı və alim iştirak edib.

Tədbirin qonaqlarından biri – Humanitar və Mədəni Tədqiqatlarİnstitutunun (Institute for Humanities and Cultural Studies)professoru Sayed Cavad Miri (İran) panel sessiyada “Nəsimininmistik aləminin vəyhi” adlı məruzə ilə çıxış edib.

“Bu gün burada, Bakıda çıxış etmək mənim üçün böyük şərəfdir.Mən bu şəhərə artıq beşinci dəfədir səfər edirəm. Lakin məhz budəfə ilk dəfə olaraq Nəsimi Beynəlxalq Festivalında iştirak etməkkimi nadir imkana yiyələnmişəm – bu, həqiqətən yüksək səviyyədətəşkil olunmuş bir tədbirdir. İmadəddin Nəsimi elə bir şəxsiyyətdirki, onun əhəmiyyəti zaman və məkan sərhədlərini çoxdan aşır. Onunirsi bu gün də yaşayır və aktualdır, çünki o, ən başlıca olaninsana, onun ruhuna, daxili dünyasına müraciət edir”, – deyəTrend-ə Seyid Cavad Miri bildirib.

Onun sözlərinə görə, Nəsimi yaradıcılığının ən mühümcəhətlərindən, əsas məqamlarından biri insana məhəbbətideyasıdır.

“Və bu məhəbbət, Nəsimiyə görə, ətraf aləmə, təbiətə, həyata,bütün canlılara səmimi və dürüst münasibətdən doğur. Nəsimininöyrətdiyi kimi, məhəbbətsiz kainatın mövcudluğu mümkün deyil.Məhəbbət olmadıqda, zamanların – keçmiş, indi və gələcəyininsanlığı ilə bağ qırılır. Elə məhz məhəbbət nəsilləri,mədəniyyətləri, sivilizasiyaları birləşdirən həmin o teləçevrilir”, – deyə professor vurğulayıb.

Nəsimi Festivalı barədə danışarkən o, bunun sadəcə mədəni hadisədeyil, həm də bir daha dünyaya daxili işığın dəyərini, sözünqüdrətini və böyük nəzmin daşıdığı əbədi həqiqətləri xatırlatmaqimkanı olduğunu qeyd edib.

Nəsimi
Nəsimi
Məqalədə:
Seçilən
13
2
az.trend.az

3Mənbələr