AZ

Yüzlərlə bahalı maşını olan DÜNYA MƏŞHURLARI

Bəzi dünya ulduzları şəxsi həyatları qədər bahalı həyatı və qeyri-adi avtomobil kolleksiyaları ilə də diqqət çəkirlər. Onlar arasında Arnold Şvartseqqer və Cey Leno kimi məşhur aktyorlar da var. Bəs görəsən başqa hansı ulduzların bahalı maşını var?

BAKU.WS xarici KİV-ə istinadən bahalı avtomobil kolleksiyası olan dünya məşhurlarının adlarını təqdim edir:

Komediyaçı-aktyor Cey Leno

Aktyorun çox böyük avtomobil kolleksiyası var. Orada həm klassik, həm müasir avtomobilləri yer alır. Onun qarajında 181+ avtomobil və 160+ mövcuddur. Onlardan biri "1994 McLaren F1" kimi çox dəyərli nümunədir ki, bu da kolleksiyadadır.

Aparıcı Cerri Saynfeld

Cerri daha çox "Porsche" markasından olan avtomobillər üstünlük verir. Onun kolleksiyasında çoxlu "Porsche" modelləri var. Kolleksiyada klassik avtomobillər də var. O 2016-cı ilə bəzi maşınlarını satıb. Lakin hələ də yüzlərlə maşına sahibdir.

Modelyer və dizayner Ralf Loren

Onun avtomobil kolleksiyası 100 milyon dollar dəyərindədir. Klassik markalardan və nadir tarixə malik maşınlardan ibarətdir. Burada "Bugatti", "Ferrari" kimi avtomobillərin klassik modelləri də var.

Aktyor Arnold Şvartsneqqer

Onun kolleksiyasında daha çox lüks avtomobillər var. Aktyorun qarajında idman maşınları və hərbi stilli nəhəng avtomobillər də yer alır.

Amerikalı televiziya fenomeni Skott Disik

Onun kolleksiyasında "Rolls‑Royce", "Maybach", "Ferrariler", "Bentleys" və "Range Rover" kimi yüksək qiymətə malik markaların avtomobilləri var.

Seçilən
2
1
far.az

2Mənbələr